30 
Sen
2014
10:47
10
51
2306
Virtual karabakh

Mübariz Qurbanlı: Kredit götürərək ehsan süfrəsi açanlar var

30 Sen, 2014
10:47
2306

Mübariz Qurbanlı: Kredit götürərək ehsan süfrəsi açanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəziləri deyir ki, qonağım gəlib, bəs ona nə verməliyəm?”.

Bu gün cəmiyyətimizdə yas mərasimlərinin mahiyyəti ilə uzlaşmayan tərzdə - təmtəraqla keçirilməsi dəb halını alıb. Qəribəsi də odur ki, israfçılıq və təmtəraq halları həm dəfn mərasimində, həm ehsan süfrəsində, həm də qəbir daşlarının hazırlanmasında müşahidə edilir. 

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, ehsan süfrəsində müxtəlif növ xörəklərin, şirniyyatların və bahalı suların verilməsi, hətta ekzotik meyvələrin düzülməsi artıq adiləşib.

“Əlbəttə, bu məsələdə əsasən imkanlı şəxslər öndə gedirlər, lakin bir çox hallarda məcburiyyət qarşısında qalan kasıb ailələr də buna yol verirlər. Borc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq ehsan süfrəsi açanlar da az deyil! Elə insanlar var ki, dünyasını dəyişmiş əzizinə ehsan süfrəsi açmaq, başdaşı düzəltdirmək üçün böyük məbləğdə borc alır, sonra aylarla, illərlə onu qaytarmaq məcburiyyətində qalır! Dəfələrlə bunların şahidi olmuşuq.

Bunun müxtəlif səbəbləri var. Ən əsası odur ki, belə insanlar dini cəhətdən savadsızdırlar, yəni bu, israfçılıq, həm də dini savadsızlıqdan irəli gəlir. Zənn edirlər ki, bu yolla vəfat etmiş doğmalarına dini-mənəvi borclarını qaytarırlar, ya da qohum-qonşusunun qınağından ehtiyatlanırlar”.
 
M.Qurbanlı bildirib ki, doğmasını itirmiş insanlara təskinlik və başsağlığı vermək İslam əxlaqından, mənəvi birlik və qardaşlıq hissinin nişanələrindən hesab edilir.

“Buna görə də kiməsə bəla, müsibət üz verərsə, müsəlmanlar onu öz dərdi sayar, kədərini bölüşmək üçün başsağlığı verməyə tələsər. Bu, hər bir müsəlmanın mənəvi borcudur. İslam dini yas ədəb-ərkanı ilə bağlı çox mütərəqqi prinsiplər gətirib, mərhumun ailəsini çətin vəziyyətə salan heç bir tədarük nəzərdə tutmayıb. Azərbaycanın bir tərəfindən o biri tərəfinə ən uzağı 5 saata getmək olur. Bəziləri deyir ki, qonağım gəlib, bəs ona nə verməliyəm? Qonaq 3 saat yol gəlib. Vacibdir ki, 3 saatdan sonra yemək yesin?”.

O bildirib ki, əgər qonağın mərasimə getməyi vacib idisə, bir parça halva ilə bir stəkan çay içib geri dönsə, onun orada yemək yeyərək zaman itirməyinə ehtiyac qalarmı?:

“İnsanın ən əzizləri təbii ki, ailə üzvləridir. Odur ki, yası düşmüş yaxın qohumların bir araya gəlib öz kədərlərini ifadə edərkən gün ərzində orada israfa yol vermədən yemək tələbatını ödəmələri normal haldır. Amma mindən çox adam hər hansı tanınmış şəxsin yasına gəlirsə, onu ev sahibi necə qarşılasın? Ailə üçün qonaqları yerləşdirmək, onlara diqqət yetirmək problem yaradır. Və yaxud rayonda birisi vəfat edir. Onun yaxınları gəlib şəhərdə yenə çadır quraraq başsağlığı qəbul edir. Halbuki, artıq telefon vasitəsilə başsağlığını qəbul edib, belə halda təkrar başsağlığı verməyə ehtiyac varmı?”.

Komitə sədrinin fikrincə, dərdə şərik olmağın ən böyüyü kiməsə əziyyət verməməkdir. Belə məqamlarda yas sahibinə əziyyət verməklə dərdinin üstünə dərd gətirmək rəvadırmı?

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri