30 
Sen
2014
16:10
25
61
2221
Virtual karabakh

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı açıqlandı

30 Sen, 2014
16:10
2221

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu uşaqlar vətəndaş nikahlarında doğulur”.

Bu gün Azərbaycan Parlamenti nikahdankənar doğulan uşaqlar probleminin olmasını vurğulayıb.

Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, deputat Fazil Ağamalının dediyinə görə, nikahdankənar doğulan uşaqların say çoxluğu cəmiyyət üçün təhlükədir.

“Belə uşaqlar, adətən vətəndaş nikahlarından doğulur. Mən vətəndaş nikahlarını dəstəkləmirəm, sadəcə bu uşaqlara görə valideynlərin qəyyumluq məsuliyyəti daşımasını təklif edirəm. Uşaqları tanımayan kişilər və ata olmadan təkbaşına uşağa lazımi tərbiyəni verə bilməyən qadınlar, böyük problemlər yaradırlar. Statistikaya müvafiq olaraq 2013-cü ildə nikahdankənar doğulan uşaqların sayı 25 minə çatıb, bu isə çox ciddi rəqəmdir”, - F.Ağamalı deyib.

Onun sözlərinə görə, dəyişikliklər 18 yaşına çatmamış uşaqlara qəyyumluq məsələlərini tənzimləyən Ailə Məcəlləsinə və digər qanunverici aktlara daxil edilməlidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri