30 
Sen
2014
16:50
15
140
12420
Virtual karabakh

Azərbaycanlı mağaza satıcısını zorladı

30 Sen, 2014
16:50
12420

Azərbaycanlı mağaza satıcısını zorladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun zorladığı qadın xəstəxanaya yerləşdirilib.

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı olan miqrant mağazaya hücum edərək qadını bıçaqla hədələyib və zorlayıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Marşal Kazakov küçəsində yerləşən ərzaq mağazasına girən azərbaycanlı satıcı qadına hücum edib, ona bıçaqla xəsarət yetirib və zorlayıb.

Hadisə barədə məlumat polisə yarım saat sonra daxil olub. Mağazaya gələn polislər hadisə yerindən azərbaycanlının sənədlərini - pasportunu, hərbi biletini və əmanət kitabçasını aşkar ediblər. Ehtimal olunur ki, o, cinayət prosesi zamanı sənədlərini hadisə yerində itirib və qaçıb.

Hazırda adı göstərilməyən azərbaycanlının axtarışları davam etdirilir. Onun zorladığı qadın xəstəxanaya yerləşdirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri