30 
Sen
2014
17:08
42
15
2938
Virtual karabakh

Prokurorluğa yeni qəbul edilmiş gənclər and içdi - FOTO

30 Sen, 2014
17:08
2938

Prokurorluğa yeni qəbul edilmiş gənclər and içdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərasimdə Zakir Qaralov çıxış edib.

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Oxu.Az-a daxil olan məluamatda bildilir ki, mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd edib ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak etmiş gənc hüquqşünasların içərisindən ən layiqli 71 namizədin andiçmə mərasimi Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin yeni yüksəliş mərhələsinə təsadüf edir. 

Diqqətə çatdırılmışdır ki, 2002-ci ildən başlayaraq keçirilən 13 müsabiqə nəticəsində işə qəbul edilmiş 627 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 58 faizdən çoxunu təşkil edir. Çox müsbət hal kimi qeyd edilmişdir ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilmiş, o cümlədən Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi, müstəqil rayon prokuroru və digər mühüm qurumlara təyinatlar almışlar.

Azərbaycan Respublikası Baş prokurorunun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov qulluğa qəbulla əlaqədar müsabiqənin keçirilməsi ilə bağlı mərasim iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilmiş, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içmiş və onlara xidməti vəsiqələr təqdim edilmişdir.

Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik etmiş, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirmişdir.

Sonda prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqənin elan edilməsi barədə məlumat verildi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri