18 
Okt
2014
12:51
7
2
785
Virtual karabakh

Rus dənizçiləri Fəxri xiyabanda - FOTO

18 Okt, 2014
12:51
785

Rus dənizçiləri Fəxri xiyabanda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səfər oktyabrın 19-dək davam edəcək.

Rusiya Federasiyası Xəzər Dəniz Donanması gəmilərinin Bakıya səfəri davam edir.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının “Dağıstan” böyük raket gözətçi və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmilərinin Bakıya rəsmi səfəri davam edir.

Oktyabrın 17-də gəmilərin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra qonaqlar Dövlət Bayrağı Meydanı Kompleksindəki muzeyə gedib və oradakı eksponatlarla tanış olublar. 

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətinin şəhərə gəzintisi təşkil olunub. Günün sonunda futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Səfər oktyabrın 19-dək davam edəcək.


 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri