21 
Okt
2014
15:15
12
194
7001
Virtual karabakh

Doğuş zamanı daha bir dəhşətli faciə: Ana və körpəsi öldü - YENİLƏNİB

21 Okt, 2014
15:15
7001

Doğuş zamanı daha bir dəhşətli faciə: Ana və körpəsi öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyi Mingəçevirdə qeydə alınan ana və uşaq ölümü barədə məlumat açıqlayıb.

Səhiyyə Nazirliyi ötən gün Mingəçevir şəhərində qeydə alınan ana və uşaq ölümünün ilkin səbəbini açıqlayıb.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya açıqlamasında dediyinə görə, 1984-cü il təvəllüdlü Qasımova Svetlana oktyabrın 19-u saat 23:10-da vaxtından əvvəl dölyanı mayenin açılması diaqnozu ilə Mingəçevir Mərkəzi Xəstəxanasına daxil olub. Onun sözlərinə görə, 14 saat əvvəl dölyanı maye axıb və ondan sonra xəstəxanaya müraciət edilib: “Doğuş keçirilib və uşaqda ciftdə həqiqi düyünün aşkarlanması diaqnozu qoyulub. Reanimasiya tədbirləri aparılsa da, uşağı xilas etmək mümkün olmayıb. Uşaq ciftin iki dəfə boynuna dolanması - asfiksiya ilə doğulub. Doğuşdan sonra dərhal ananın da vəziyyəti pisləşib. Reanimasiya tədbirləri heç bir nəticə verməyib. Ölümdən sonra meyit təşrih edilməyib, çünki xəstənin qohumları onun təşrih edilməsinə icazə verməyiblər”.
 
A.Qədirli qeyd edib ki, bütün məlumatlar Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına verilib və müvafiq araşdırma başlayacaq. Araşdırmadan sonra ana və uşaq ölümünün dəqiq səbəbi və kimin günahından baş verməsi məlum olacaq.
 
Qeyd edək ki, hadisə dünən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib. Doğuş zamanı 1984-cü il təvəllüdlü Qasımova Svetlana Adil qızının vəziyyəti qəflətən pisləşib, onda yüksək temperatur və üşütmə halları müşahidə olunub. Həkimlər tərəfindən lazımi tibbi yardım göstərilsə də, qadın doğuşdan 20 dəqiqə sonra dünyasını dəyişib. Məlumata görə yeni doğulan, çəkisi 4,1 kq olan körpə oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb.

20.10.2014 19.30

Mingəçevirdə gənc ananın doğuş zamanı övladı ilə birgə ölümünün təfərrüatları məlum olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, həkimlər qadının dölyanı mayenin emboliyası, yəni dölyanı mayenin qadının damarlarına daxil olması səbəbindən dünyasını dəyişdiyini bildiriblər.

Qeyd olunub ki, bu hal baş verən zaman qadında şok və kəskin şok koaqulapatiyaları  əmələ gəlib.

Belə hadisələrə nadir hallarda rast gəlinsə də, 70-90 faizi ölümlə nəticələnir.

Xatırladaq ki, hadisə bu gün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. Doğuş zamanı 1984-cü il təvəllüdlü Qasımova Svetlana Adil qızının vəziyyəti qəflətən pisləşib, onda yüksək temperatur və üşütmə halları müşahidə olunub. Həkimlər tərəfindən lazımi tibbi yardım göstərilsə də, qadın doğuşdan 20 dəqiqə sonra dünyasını dəyişib. Məlumata görə yeni doğulan, çəkisi 4,1 kq olan körpə oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb.

Faktla bağlı araşdırma aparılır. 

18:29

Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb.

Oxu.Az xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün şəhər ərazisində yerləşən Doğum evində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdlü Svetlana Adil qızı Qasımova doğuş zamanı dünyasını dəyişib.

Doğuş zamanı körpə də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri