25 
Okt
2014
15:01
19
83
2312
Virtual karabakh

Bakının mərkəzində su borusu partlayıb: Tıxac yaranıb - FOTO

25 Okt, 2014
15:01
2312

Bakının mərkəzində su borusu partlayıb: Tıxac yaranıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürücülərə alternativ yoldan istifadə etmək məsləhət görülür.

Bakının Heydər Əliyev prospektində su borusu partlayıb.

Oxu.Az xəbər verir ki, baş vermiş hadisə ilə əlaqədar prospektdə yol qismən məhdudlaşıb.

Hadisə yerinə Azərsu əməkdaşları cəlb edilib, və müvafiq işlər aparılır.

Azərsudan verilən məlumata görə, qəzanın bu gün ərzində aradan qaldırılması planlaşdırılır.

Müşahidə olunan tıxacı aradan qaldırmaq üçün əraziyə DYP əməkdaşları cəlb olunub.

Belə ki, onlar Heydər Əliyev prospektində tıxacın qarşısını almaq üçün, Arif heydərov küçəsi ilə Ağa Neymətulla kəsişməsində maşınların müvafiq istiqamətində hərəkət etməsi üçün nəzarət edirlər.

Sürücülərə alternativ yoldan istifadə etmək məsləhət görülür.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri