25 
Okt
2014
16:53
129
39
5371
Virtual karabakh

Bulvara yeni atraksionlar gətiriləcək

25 Okt, 2014
16:53
5371

Bulvara yeni atraksionlar gətiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Artıq bununla bağlı danışıqlar aparılır”.

Bu yaxında Dənizkənarı Milli Parkda atraksionlar yığışdırılacaq. 

Oxu.Az xəbər verir ki, bu barədə aznews.az-a Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. 

O bildirib ki, köhnə, istismar müddətini başa vuran karusellər yığışdırılacaq, bunun əvəzində Bulvara yeni, müasir standartlara cavab verən atraksionlar gətiriləcək: 

“Artıq bununla bağlı danışıqlar aparılır. Ümumiyyətlə karusellərin gətirilməsi çətin prosesdir. Müqavilə bağlanılır, avadanlıqlar gətirilir, quraşdırılması vaxt aparır. Odur ki, dəqiq vaxt demək mümkün deyil. Amma onu deyə bilərəm ki, yaxın bir neçə ay ərzində iki və ya üç karusel quraşdırılacaq”.

Bulvar İdarəsinin yarandığı gündən atraksionların Avropa ölkələrindən sifariş olunduğunu deyən N.Məcidov əlavə edib ki, son 6 ildə karusellər əsasən Almaniya, Niderland Krallığı və İtaliyadan gətirilir. 

Bulvar İradəsində bütün karusellərin sığortalanmasının da qüvvədə qaldığını deyən rəis müavini hələ ki, xoşagəlməz halın olmadığını söyləyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri