30 
Okt
2014
13:06
31
94
3072
Virtual karabakh

Keçmiş NİDA-çı YAP-a üzv oldu

30 Okt, 2014
13:06
3072

Keçmiş NİDA-çı YAP-a üzv oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm”.

İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxmış keçmiş “Nida”çı Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq üçün müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat hakim partiyanın rəsmi qəzeti olan “Yeni Azərbaycan”da əksini tapıb.

Partiyanın Xaçmaz rayon təşkilatına yazdığı ərizədə E.Mürsəlli bəzi müxalifətyönümlü qüvvələrin təsirinə düşdüyünü deyərək müəyyən etiraflar edib:

“... Narkotik ittihamı ilə həbs olunduğum üçün müxalifyönlü təşkilatlar, qəzetlər məni “siyasi məhbus” kimi qələmə verdilər.

Sonradan “Nida” Vətəndaş Hərəkatı mənə əgər onlara qoşularamsa, məni azad etdirəcəklərinə söz verdi, mənim “Nida” Vətəndaş Hərəkatına üzv olmağımı istədilər, mən onların sözünə inanaraq “Nida”ya üzv oldum”.

Keçmiş “Nida”çı bundan öncə səhv yolda olduğunu etiraf edərək sözlərinə davam edib:

“Bütün bunları görərkən səhv yolda olduğumu dərk edərək, bilmədən bu yola qoşulduğumu və cavan olduğumu nəzərə alacağını düşünərək möhtərəm Prezident cənab İlham Əliyevə əfv üçün müraciət etdim. Çox keçmədi ki, cənab Prezident mənim gəncliyimi və etirafımı nəzərə alaraq məni əfv etdi.

Mənə bildirəndə ki, cənab Prezident tərəfindən əfv olunmuşam, sevincimin həddi-hüdudu yox idi. Mən mətbuat vasitəsilə cənab Prezidentə özümün və ailəmin adından öz təşəkkürümü bildirdim. Azadlığa çıxarkən birinci Ulu öndərin məzarını ziyarət etmək istədiyimi bildirdim və ziyarət etdim. Sonra isə evimizə gəldim”.

“Son bir ildə Azərbaycanda baş verən inkişafın bir daha gözümlə şahidi oldum və qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum”, - deyə E.Mürsəlli qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri