30 
Okt
2014
20:00
34
52
4707
Virtual karabakh

Baş daşı ilə söhbət edən 77 yaşlı kişinin "o dünyaya" hazırlığı - VİDEO

30 Okt, 2014
20:00
4707

Baş daşı ilə söhbət edən 77 yaşlı kişinin "o dünyaya" hazırlığı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bu mənim kəfənimdir, gülab, sabun, hamısını almışam".

Qəbiristanlıq deyəndə ilk növbədə hər kəs burada ölülərin yatdığını düşünür. Amma bu, heç də belə deyil. Burada ölülərlə yanaşı, dirilərin də qəbri ola bilər. Göyçayın Bığır kənd qəbiristanlığında bir məzar var ki, onun başdaşı, üzərində sahibinin adı, soyadı, doğum tarixi də var. Amma orada ölüm tarixi göstərilməyib. Çünki bu qəbrin sahibi 77 yaşlı Faiq kişi hələ həyatdadır.
 
"Ağır xəstə oldum, xəstəxanadan deyiblər ki, məni evə aparsınlar. Gördüm ki, evdə heç kim demir. Hərəsi bir fikir edir. Gəlib qəbrimi qoydurdum. Evimin yanıdır. Gətirib burda rahatca basdırıb çıxıb gedəcəklər". 
 
Oxu.Az xəbər verir ki, APA TV-nin məlumatına görə, Eyyubov Faiq Yusif oğlunun 15 il öncə qara ciyərində, ürək və tənəffüs yollarında ciddi problem yaranıb və xəstəliyi getdikcə ağırlaşıb. 

O, Bakı şəhərindəki xəstəxanaların birində uzun müddət müalicə olunsa da, sağalmayıb. Xəstəliklər səbəbindən öləcəyini düşünüb və rayona qayıdaraq özünə məzar daşı hazırladıb. Baş daşının üzərinə öz şəkilini yapışdırıb və məzarını vəfat etmiş həyat yoldaşının qəbrinin yanında qazdırıb.  
 
"Ölüm Allahın əmridir. Bu gecə yatım, sabah yoxam. Hamısını etmişəm. Kimsə gəlib məni basdıracaq, yuyacaq. Hamısının pulunu vermişəm. Mənə dəbdəbə lazım deyil. Nəyimə lazımdır mənim mərmər? Molla burda bir dua verəcək. Evdə də yemək lazım deyil. Pulunu vermişəm. Şirniyyat versinlər".
 
 Hələ 15 il bundan əvvəl tezliklə vəfat edəcəyini düşünərək bütün pullarını istirahətə, yeməyə xərcləyib. Hətta həkimlərin məsləhət gördüyü pəhriz yeməklərindən də imtina edərək, öz bildiyi kimi qidalanıb. Nəticə isə göz qabağındadır. Qəbrini qoydurmasından 15 il keçməsinə baxmayaraq, Faiq kişi sağlam ömür sürür.
 
"Bu mənim kəfənimdir, gülab, sabun, hamısını almışam".
 
Ölmədiyini görən Faiq Eyyubov sonradan yaşadığı Bığır kəndində xeyirxah işlər görməyə başlayıb, öz qazancı ilə yol və su çəkdirib. Bu gün özünü xoşbəxt hesab edən 77 yaşlı Faiq Eyyubov hər kəsə yaşadığı dünyada savab işlər görməyi məsləhət görür, ölümün qaçılmaz olduğunu qeyd edərək ondan qorxmamağı bildirir. İnsanlarla danışıb-gülərək zarafat etməyi, həyətyanı sahəsində kənd işləri ilə məşğul olmağı çox xoşladığını və bu ahıl yaşında həyatdan zövq alaraq yaşadığı üçün özünü gümrah hiss etdiyini deyir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri