Noy
2014
12:33
92
13
2776
Virtual karabakh

Azərbaycan xalqı 10 aya ordu üçün 9 milyon dollar toplayıb

4 Noy, 2014
12:33
2776

Azərbaycan xalqı 10 aya ordu üçün 9 milyon dollar toplayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Manat hesabında artım var.

Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi son on ay ərzində 7 674 742 manat (9 739 073 ABŞ dolları) artıb.

Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 1-i tarixinə Fondun Azərbaycan milli valyutası ilə hesabındakı vəsait 58 429 256 manat, ABŞ dolları hesabındakı vəsait 211 791 dollar, Avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Artım Azərbaycan manatı hesabında olub. ABŞ dolları və Avro hesabında artım, Rusiya rublı ilə isə hesaba vəsait daxil olmayıb.

Ümumilikdə Silahlı Qüvvələrinə Yardım Fondunun toplam vəsaiti 74 milyon 357 min 926 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri