28 
Noy
2014
22:36
28
141
7236
Virtual karabakh

Özünü körpüdən atmaq istəyən gənc xilas edildi - YENİLƏNİB + FOTO

28 Noy, 2014
22:36
7236

Özünü körpüdən atmaq istəyən gənc xilas edildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FHN əməkdaşları Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihara cəhd edib.

Oxu.Az APA-ya, körpüdən özünü atmaq istəyən Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayev olub.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onların N. Musayevlə apardıqları danışıqlar nəticəsində o fikrindən daşınıb. FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər. 

22:03

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihar edəcəyini bildirir.

Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, körpüdən özünü atmaq istəyənin 25-30 yaşları arasında olan gəncdir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onlar bu şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri