28 
Noy
2014
23:18
17
155
12183
Virtual karabakh

Azərbaycanlı müğənni maşınla 3 nəfəri vurub

28 Noy, 2014
23:18
12183

Azərbaycanlı müğənni maşınla 3 nəfəri vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Bu gün Cəlilabad rayonunun Günəşli kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın Report.az-a istinadən xəbərinə görə, Vidadi İsmayılov adlı şəxs “BMW” markalı avtomobillə üç nəfər piyadanı vurub. Vurulanlar - Nərgiz Allahverənova və onun 14 yaşlı qızı Ruhəngiz Allahverənova ilə 10 yaşlı oğlu İsmayıl Allahverənovdur. Onların hər üçü xəsarət aldıqlarından xəstəxanaya yerləşdirilib. İ.Allahverənovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, sürücü V.İsmayılov müğənnidir. Sürücü və vurulan şəxslər Günəşli kənd sakinləridir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri