12 
Okt
2021
17:52
74
777
23759
Virtual karabakh

Fuad Qəhrəmanlının qızı: “Xalam oğlu məni zorlayıb”

12 Okt, 2021
17:52
23759

Fuad Qəhrəmanlının qızı: “Xalam oğlu məni zorlayıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını, yəni zorlandığını iddia edib.

Bu barədə o, özünün “Facebook” səhifəsində paylaşıb:

“2020-ci il 24 avqust tarixində vəkilim - Zibeydə Sadıqova ilə görüşdüyüm üçün evə bir qədər gec qaldım. Anam ilə danışanda mənə xalam Sürəyya Ağayevanın evinə getməyimi xahiş etdi. Mən evə getdikdə yalnız xalam oğlu evdə idi. O, bir necə saat sonra marketə getmək adı ilə evdən çıxdı və içki ilə qayıtdı. Daha sonra mənə başqa bir stəkanda içki uzadıb, “bunun dadına bax. Mənim xoşuma gəlmədi bu. Səncə necədir?” kimi bir cümlə qurub içməyi təklif etdi.    

Sadəcə tamına baxdım və ondan sonra tamamilə boşluqdur. Yalnız qırıq-qırıq, aydın olmayan bəzi epizodlar xatırlayıram. 

Bir müddət sonra özümə gəldim və başımı çevirdikdə yanımda Əsgər Ağayev var idi. O gün ilə bağlı xatırladığım ən dəqiq şey ağrı və qandır.

Paltarlarımı geyinib aşağı düşdüm. Hər şeyi öz ağzından öyrənməyə nail oldum.

Sadəcə həqiqəti bilmək üçün ona yalandan hər şeyi xatırladığımı deyib, sıxışdırdım. Nəhayət mənə özü hər şeyi danışdı. Verdiyi tək açıqlama isə “mən düşündüm ki, yəqin sən də istəyərsən” oldu. 

Hadisədən iki gün sonra şikayət etdim, lakin hələ də həmin şəxs azad bir şəkildə heç nə olmamış kimi həyatına davam edir”.

S.Qəhrəmanlı bildirib ki, Yasamal Rayon Prokurorluğunda cinayət işinə iki dəfə “kifayət qədər sübut olmaması iddiası ilə xitam verilib:

“Halbuki cinayət işi materiallarında şəxsin cinayəti törətdiyini sübut edən ən az üç tibbi ekspertiza rəyi var. Nəhayət iki gün əvvəl olan Apellyasiya Məhkəməsində iş araşdırılmağa geri göndərilib. 

Bu cinayəti törədən həmin şəxs - Əsgər Ağayev haqq etdiyi cəzanı almalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri