13 
Okt
2021
11:28
241
15
4775
Virtual karabakh

Vətəndaşlarla yazışaraq bank kartlarından oğurluq edən dəstə ələ keçdi - FOTO/VİDEO

13 Okt, 2021
11:28
4775

Vətəndaşlarla yazışaraq bank kartlarından oğurluq edən dəstə ələ keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Daxili İşlər Nazirliyinə vətəndaşlardan bank kartlarından müxtəlif məbləğlərdə pul vəsaitlərinin oğurlanması, həmçinin “WhatsApp” ani mesajlaşma proqramı ilə onlara bankların adından müraciətlərin və zənglərin edildiyi barədə şikayətlər daxil olub.

Nazirlikdən verilən məlumata görə, vətəndaşlar onlara zəng edən və SMS yazan şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb etdiklərini bildiriblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kibercinayətləri törədən mütəşəkkil dəstənin başçısı Cahad Hüseynov, onun qardaşı Nicat, qohumu Fərman Hüseynzadə, eləcə də Xanna Əliyeva və Dilşad İsmayılova saxlanılıblar.

Onların yaşadıqları paytaxt ərazisində yerləşən evlərə baxış zamanı çoxlu sayda elektron sübutlar, istifadələrində olan mobil telefon və digər məlumat daşıyıcıları vasitəsi ilə vətəndaşlara özlərini bank əməkdaşı kimi təqdim edərək göndərdikləri hazır mətn formaları, səs yazıları aşkar olunaraq götürülüb.

Qeyd edək ki, dəstə üzvlərinin vətəndaşlarla əlaqə saxlayan zaman istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb. Onlar tanımadıqları insanlara məxsus mobil nömrələri xüsusi proqramlar vasitəsi ilə ələ keçirərək zərərçəkənlərlə əlaqə saxlayıblar.

Qeyd olunan faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir. Hazırda göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri