14 
Okt
2021
10:52
93
70
3886
Virtual karabakh

Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib

14 Okt, 2021
10:52
3886

Vəkillər Kollegiyasının sədr müavininə ağır itki üz verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini, vəkil Pərviz Ələkbərova ağır itki üz verib. 

Oxu.Az-ın məlumatına görə, tanınmış vəkilin atası Saday Ələkbərov uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib. 

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, 1936-cı il təvəllüdlü Saday Ələkbərov Şuşada anadan olub. Uzun illər Şuşada məsul vəzifələrdə çalışıb.

Oxu.Az kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri