14 
Okt
2021
23:00
18
428
2850
Virtual karabakh

Lənkəranda yük avtomobili gənc oğlanı vuraraq öldürüb - FOTO

14 Okt, 2021
23:00
2850

Lənkəranda yük avtomobili gənc oğlanı vuraraq öldürüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Lənkəran-Boradigah avtomobil yolunda baş verib.

Bakı şəhər sakininin idarə etdiyi “Ford” markalı 99 LJ 419 dövlət qeydiyyat yük avtomobi yolu keçən gənc oğlanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Yaralı hadisə yerində ölüb.

İlkin məlumata görə, avtomobilin vurduğu şəxs Lerik rayon sakinidir, restoranların birində ofisiant işlədiyi üçün Lənkəranda kirayədə qalırmış. Hadisə onun iş yerinin yaxınlığında baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri