Dek
2014
17:56
167
29
12077
Virtual karabakh

Bakıda yol polisi “erməni” sözünə görə məhkəməyə üz tutdu? – FOTO + YENİLƏNİB

2 Dek, 2014
17:56
12077

Bakıda yol polisi “erməni” sözünə görə məhkəməyə üz tutdu? – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənə dediyiniz kəlməni sizə yedizdirəcəyəm!”.

Bakıda yol polisilə aralarında insident yaşanan vətəndaş Zaur Əliyev avtomobilinin cərimə meydançasına aparılmadığını bildirib. 

Oxu.Az xəbər verir ki, onun ANS PRESS-ə verdiyi məlumata görə, əslində yol polisi Natiq Mövlayev onunla kobud rəftar edib.

“Mən məhəlləmizdə maşını saxlamışdım. Bu zaman həmin yol polisi gəldi və maşını düzgün saxlamadığımı bildirdi. Daha sonra maşını cərimə meydançasına aparacağını bildirdi. Çox kobud danışırdı. “Qudurmusuz, sizi başa salmaq lazımdır”, - deyə üstümə qışqırdı. Düşündüm ki, yaşlı adamdır. Onunla mübahisə etməyim. Bu səbəbdən atamı çağırdım”, - deyə Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, hadisə yerinə atası Azad Əliyev gəlsə də, yenə də mübahisə həll olunmayıb. Əksinə, vəziyyət daha da gərginləşib. Sürücünün atası ANS PRESS-ə bildirdi ki, məsələni araşdırmaq üçün həyətə düşüb. Lakin yol polisi bu dəfə də onu təhqir etməyə başlayıb.

“Onunla görüşəndə soruşdum ki, nə məsələdir? Mənə dedi ki, “Qudurmusuz, harınlamısız. Oğluna tərbiyə verə bilmirsən”. Dedim ki, əgər qayda pozub, cəriməsini yaz. Daha niyə təhqir edirsən? Bu dəfə məni sinəmdən itələdi”, - deyə Azad Əliyev bildirib.

Azad Əliyev yol polisi Natiq Mövlayevə erməni deməsinin səbəbini də belə izah edib: “Həmin gün qonşumuzun oğlu rəhmətə getmişdi. Mən hüzr yerindəydim. Polisə də elə belə dedim ki, hüzrdən gəlirəm. Məclis qalıb orda. Əgər qayda pozuntusu varsa cəriməni yaz ödəyərik. Əvəzində yol polisi də qayıtdı ki, “sən hüzrdən gəlirsən, mən də toydan gəlirəm. Neynim?”. Mən də ona dedim ki, müsəlman deyilsiz, ermənisiz. Əslində heç kim ona xahişə görə zəng-filan etməyib. Əksinə məndən xahiş ediblər ki, məsələni böyütməyim. Amma mən məsələnin sonuna qədər gedəcəyəm. Bizi təhqir etdiyi üçün mütləq cavab verəcək”.

Azad Əliyev onu da vurğulayıb ki, maşın cərimə meydançasına da aparılmayıb. Və şikayəti də yol polisi yox, onlar ediblər: “Baş prokurora, daxili işlər nazirinə və digər aidiyyatlı şəxslərə müraciət etmişik. Qoy kameralar yoxlanılsın. Onun nə ixtiyarı var ki, vətəndaşı təhqir etsin”.

Qeyd edək ki, noyabrın 24-də Bakıda yol polisi ilə sürücü arasında yaranan narazılıq sonradan böyük qalmaqala çevrilib. ANS PRESS-in məlumatına görə, hadisə Əhməd Cavad küçəsilə Zərgərpalan küçəsində baş verib.

Baş verən insidentlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri, polis kapitanı Natiq Bahadur oğlu Mövlayev ANS PRESS-ə açıqlamasında baş verən hadisə barədə məlumat verib. Onun sözlərinə görə, qayda pozan sürücünün atası onu təhqir edib.

Belə ki, 1989-cu il təvəllüdlü Zaur Azad oğlu Əliyev idarə etdiyi “Volkswagen” markalı, 10 VT 008 nömrə nişanlı avtomobili qadağan edilmiş yerdə saxlayıb. Bununla bağlı yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib. Lakin sürücü yol polisinin xəbərdarlığına məhəl qoymayıb və maşını yerindən tərpətməyib. Uzun mübahisədən sonra yol polisi sürücünün vəsiqəsini tələb edib. Sürücü isə polisin tələbinə də məhl qoymayıb və atasına zəng vurub.

Hadisə yerinə sürücünün atası 1957-ci il təvəllüdlü Azad Məlikməmməd oğlu Əliyev gəlib. O, yol polisinə deyib ki, həmin yerdə yaşayırlar və maşını yerindən tərpətməyəcəklər. Yol polisi isə həmin şəxsədən vəsiqəsini tələb etdikdə təhqirlə üzləşib.

“Gələn kimi qışqıra-qışqıra dedi ki, bu mənim oğlumdur. Sən məni tanımıran. Sənin başına oyun açacam. Get işinlə məşğul ol. Bizim hüzürümüz var. Maşını da yer olmadığı üçün burda saxlamışıq. Məndə dedim ki, maşının saxlanması piyadaların hərəkətinə mane olur. Kişi də əvəzində məni təhqir etdi. Ermənisiniz, müsəlman deyilsiniz dedi. Nə bilirsən elə. Yol polisisən, uzağı cərimə yazacaqsan. Əlindən nə gəlir elə dedi. Məndə, dedim ki, mənə dediyiniz erməni kəlməsini sizə yedizdirəcəyəm”, - deyə Natiq Mövlayev bildirib.

Natiq Mövlayev onu təhqir edən Azad Əliyev barəsində Səbail rayon Prokurorluğuna şikayət etdiyini bildirib. Yol polisi insanların içində ona “erməni” deyən şəxsin cəzalandırılmasını istədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

12:26

Noyabrın 24-də Bakıda yol polisi ilə sürücü arasında yaranan narazılıq sonradan böyük qalmaqala çevrilib. 

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə saat 14 radələrində Əhməd Cavad küçəsilə Zərgərpalan küçəsinin kəsişməsində baş verib. İnsident zamanı vətəndaş yol polisi zabitini təhqir edib. 

Yol polisi də öz növbəsində həmin vətəndaş barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

Baş verən insidentlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri, polis kapitanı Natiq Bahadur oğlu Mövlayev baş verən hadisə barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, qayda pozan sürücünün atası onu təhqir edib.

Belə ki, 1989-cu il təvəllüdlü Zaur Azad oğlu Əliyev idarə etdiyi “Volkswagen” markalı, 10 VT 008 nömrə nişanlı avtomobili qadağan edilmiş yerdə saxlayıb. Bununla bağlı yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib. Lakin sürücü yol polisinin xəbərdarlığına məhəl qoymayıb və maşını yerindən tərpətməyib. Uzun mübahisədən sonra yol polisi sürücünün vəsiqəsini tələb edib. Sürücü isə polisin tələbinə də məhəl qoymayıb və atasına zəng vurub.

Hadisə yerinə sürücünün atası 1957-ci il təvəllüdlü Azad Məlikməmməd oğlu Əliyev gəlib. O, yol polisinə deyib ki, həmin yerdə yaşayırlar və maşını yerindən tərpətməyəcəklər. Yol polisi isə həmin şəxsdən vəsiqəsini tələb etdikdə təhqirlə üzləşib.

“Gələn kimi qışqıra-qışqıra dedi ki, bu mənim oğlumdur. Sən məni tanımırsan. Sənin başına oyun açacam. Get, işinlə məşğul ol. Bizim hüzürümüz var. Maşını da yer olmadığı üçün burda saxlamışıq. Mən də dedim ki, maşının saxlanması piyadaların hərəkətinə mane olur. Kişi də əvəzində məni təhqir etdi. Ermənisiniz, müsəlman deyilsiniz dedi. Nə bilirsən elə. Yol polisisən, uzağı cərimə yazacaqsan. Əlindən nə gəlir elə dedi. Mən də, dedim ki, mənə dediyiniz erməni kəlməsini sizə yedizdirəcəyəm”, - deyə Natiq Mövlayev bildirib.

Bu səbəbdən də, Natiq Mövlayev onu təhqir edən Azad Əliyev barəsində Səbail rayon Prokurorluğuna şikayət edib. Yol polisi deyir ki, həmin şəxs barəsində ona bir çox vəzifəli şəxs müraciət edib. Onlar yol polisinin şikayətini geri götürməsini istəyiblər. Lakin Natiq Mövlayev insanların içində ona “erməni” deyən şəxsin cəzalandırılmasını istəyir.

“Mən həmin sürücünün sənədlərini də aldım. Maşını cərimə meydançasına göndərdim. Onun barəsində protokol da tərtib etdim. Adam Allaha xatir düz deməlidir. Sürücü mənə kobud heç nə demədi. Lakin atası məni təhqir etdi. Onun barəsində lazımi tədbir görülməlidir”.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri