18 
Dek
2014
13:58
96
70
42094
Virtual karabakh

Bakıda keçmiş deputatın avtomobilini belə aşırtdılar – VİDEO

18 Dek, 2014
13:58
42094

Bakıda keçmiş deputatın avtomobilini belə aşırtdılar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəza anı anbaan görüntüləndi.

Xəbər verdiyimiz kimi, ötən gün keçmiş millət vəkili Əliməmməd Nuriyev Neftçilər prospektində ağır qəzaya düşüb.

Ə.Nuriyevin avtomobilinin arxasınca hərəkətdə olan avtomobilin video-reqistratoru qəzanın baş vermə səbəbini qeydə alıb.

Belə ki, görüntülərdə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil Azadlıq meydanına çatarkən dönmə əməliyyatı etməyə çalışır.

Bu zaman onun sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışan BMW markalı avtomobil Ə.Nuriyevin avtomobili ilə toqquşur. Nəticədə “Pajero” aşır.

Görüntülərdə yaxınlıqdakı vətəndaşların köməyi ilə keçmiş deputatın tərsinə çevrilmiş avtomobildən çıxarıldığı görünür.

Xatırladaq ki, qəza ötən gün günorta saatlarında baş verib. Qəza nəticəsində Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.

Oxu.Az azxeber.com saytının əldə etdiyi qəza görüntülərini təqdim edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri