19 
Dek
2014
12:40
73
27
2828
Virtual karabakh

Mikayıl Cabbarov məktəblərdə Yeni il şənliklərinə icazə verdi – RƏSMİ

19 Dek, 2014
12:40
2828

Mikayıl Cabbarov məktəblərdə Yeni il şənliklərinə icazə verdi – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi açıqlama verib.

Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsinə icazə verib. 

Bu barədə Oxu.Az-ın sorğusuna Təhsil Nazirliyinin cavabında bildirilib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən yerlərə hər hansı bir məhdudlaşdırıcı və ya təsdiqedici göstəriş və tövsiyə verilmir.

Nazirlikdən rəsmi olaraq qeyd edilib ki, ümumtəhsil məktəb şagirdlərinin asudə vaxtının təşkili, bayram şənliklərinin keçirilməsi ilə bağlı məsələlər valideynlərin, şagirdlərin rəyi nəzərə alınmaqla məktəb rəhbərliyi tərəfindən tənzim olunur.

Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanovun dönəmində isə orta məktəblərdə Yeni il şənliklərinin keçirilməsi qadağan edilmişdi. Buna səbəb kimi isə şənliklər zamanı xoşagəlməz hadisələrin baş verməsi göstərilirdi.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri