19 
Dek
2014
13:35
97
13
4303
Virtual karabakh

Lütfü Zadə: Azərbaycanın insanları həmişə qəlbimdə olacaqlar

19 Dek, 2014
13:35
4303

Lütfü Zadə: Azərbaycanın insanları həmişə qəlbimdə olacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın gələcəyi ilə bağlı optimistəm”.

Bakıda çoxsaylı dostlarım və Azərbaycanın bacarıqlı rəhbərliyi var. Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır.

Oxu.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan alimlərinin I Qurultayında məşhur alim Lütfü Zadə video-müraciətində söyləyib.

L.Zadə bildirib ki, ətrafındakı qeyri-sabitlik Azərbaycana təsir etməyib:

“Azərbaycanın uzaqgörən rəhbərliyi, neft-qaz kimi ehtiyatı var. Bu sərvətlər Azərbaycanın çoxlu təşəbbüs irəli sürməsinə imkan verir. Kosmosa çıxış, “Eurovision” və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır”.

 L.Zadə qeyd edib ki, əsas məsələ rəqabət qabiliyyətliliyin artırılmasıdır:

“Azərbaycanın gələcəyi ilə bağlı optimistəm. Azərbaycan və Azərbaycanın insanları həmişə qəlbimdə olacaqlar”.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri