19 
Dek
2014
18:29
15
117
12527
Virtual karabakh

Bakıda ağır qəza: Ölən və yaralananlar var - FOTO + VİDEO

19 Dek, 2014
18:29
12527

Bakıda ağır qəza: Ölən və yaralananlar var - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Faktla bağlı araşdırma aparılır.

Bakıda zəncirvari yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün 16:00 radələrində rayon ərazisində yerləşən “Nargilə” kafesinin qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nurşirəvan Sahib oğlu Qurbanovun idarə etdiyi “Azsamand” markalı avtomobil sürücüsü məlum olmayan avtomobillərə - “Audi”, BMW, Ford və “VAZ 2107” markalı avtomobillərə çırpılıb. Qəza zamanı N.Qurbanov hadisə yerində dünyasını dəyişib, digər avtomobillərdə olan sərnişinlər, 1988-ci il təvəllüdlü Rəşad Fazil oğlu Hüseynov, 1975-ci il təvəllüdlü Sədaqət Camal qızı Axundova, 1988-ci il təvəllüdlü Sərxan İlqar oğlu Bağırov, 1980-ci il təvəllüdlü Emin Eminəli oğlu Hüseynov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri