19 
Dek
2014
19:28
32
84
6853
Virtual karabakh

“Azərbaycan” Moskva hakimiyyətinə verildi

19 Dek, 2014
19:28
6853

“Azərbaycan” Moskva hakimiyyətinə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saziş imzalandı.

Rusiya hökuməti və Moskva şəhər hakimiyyəti Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) bəzi pavilyonların paytaxt hakimiyyətinin mülkiyyətinə verilməsini nəzərdə tutan saziş imzalayıb. Bu barədə Moskva şəhər hakimiyyətinin rəsmi saytı məlumat verib. 

Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, Abxaziya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova və Azərbaycanın pavilyonları şəhər hakimiyyətinə verilir. 

Bununla yanaşı, paytaxt hakimiyyəti ona verilən pavilyonlara aid beynəlxalq müqavilələrin yerinə yetirilməsinə dəstək göstərməklə bağlı öhdəlik götürür. 

Qeyd edək ki, Azərbaycanın Rusiya Federasiyasındaki səfiri Polad Bülbüloğlu bu yaxınlarda bəyan edib ki, Azərbaycan hakimiyyəti respublikanın XTNS-də yerləşən pavilyonunun bərpası haqqında qərar qəbul edib. 

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri