19 
Dek
2014
23:57
12
186
7511
Virtual karabakh

Azərbaycanda dəhşətli qəza: Sürücü diri-diri yandı - YENİLƏNİB

19 Dek, 2014
23:57
7511

Azərbaycanda dəhşətli qəza: Sürücü diri-diri yandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb.

Fövqəladə Hallar Nazirliyi Xaldan-Mingəçevir yolunda baş vermiş ağır yol-nəqliyyat qəzası ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində “KAMAZ” markalı yük avtomobili ilə “MERCEDES” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun yanmış meyiti aşkar olunub. 
Yanğınsöndürənlər F.İsmayılovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

22:27

Xaldan-Mingəçevir yolunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

Oxu.Az xəbər verir ki, Yevlax rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə hadisə bu gün axşam saat 19:30 radələrində Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun idarə etdiyi 90-XE-438 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Mingəçevir sakini 1958-ci il təvəllüdlü Süleymanov Zaman Süleyman oğluna məxsus 60-BH-405 dövlət nömrə nişanlı “KAMAZ” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb. 

“Mercedes” markalı minik maşınında qəflətən başlayan yanğın qısa vaxtda avtomobilin bütün hissələrini əhatə edib. Əraziyə FHN-nin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Famil İsmayılov yanaraq dünyasını dəyişib. “KAMAZ”ın sürücüsü Zaman Süleymanov yüngül bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.   

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.   

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri