Fev
2022
13:22
18
130
1886
Virtual karabakh

Filoloq: “Hörümçək” məsələsi qeyd edilməsə idi, yaddan çıxıb növbəti lüğətlərə də keçəcəkdi”

1 Fev, 2022
13:22
1886

Filoloq: “Hörümçək” məsələsi qeyd edilməsə idi, yaddan çıxıb növbəti lüğətlərə də keçəcəkdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fakt kimi səhvləri qeyd etmək lazımdır. “Hörümçək” məsələsi qeyd edilməsə idi, yaddan çıxıb növbəti lüğətlərə də keçəcəkdi. Lakin bir sözün ətrafında deyil, ümumi problemin ətrafında müzakirə aparılmalıdır.

Oxu.Az xəbər verir ki, bu sözləri “Altun kitab” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.

O qeyd edib ki, bu texniki səhv idi:

“Bu səhv tərtibçinin səhvi deyildir. Mən deyərdim ki, bu operatorların yol verdiyi texniki xəta idi. Amma bu cür xırdaçılıqda qalmağın tərəfdarı deyiləm. Bunu problem kimi qeyd etmək və bənzər xətaların olmaması üçün çalışmaq lazımdır. Girişdə orfoqrafiya qaydaları olan yerdə də yol verilən bəzi nöqsanlar var ki, baxırsan sözlər kitab daxilində tam başqa cür qeyd edilib. Bunlar texniki xəta olmalıdır, çünki ola bilməz ki, dilçilər bir sözü iki cür təsvir etsin. Bir sözün ətrafında qalaraq yanaşmaq lazım deyil. “Spayder” sözü ona görə bu qədər ajiotaj yaratdı ki, izahı aydın deyildi. İnsanlar onu hörümçək sözünün yerinə qəbul etdikləri üçün belə şişirdildi”.

R.İsmayılov onu da əlavə edib ki, bu kimi problemin bir səbəbi də vahid Akademik Milli İzahlı lüğətimizin 70-ci illərə aid olmasıdır:

“Orada 40 min söz var, bu lüğətlərdə isə 90 min söz var. Bu o deməkdir ki, 50 min sözün arxasında heç bir izah yoxdur. Mahiyyəti olmayan söz sadəcə olaraq hərf birləşməsidir. Mənasını bilmədiyimiz sözləri heç yerdə tapa bilmirik. Buna görə milli korpus çox önəmlidir. Belə bir korpus olmadığı üçün etibarlı lüğət yaratmaq bu gün mümkün deyil. 50-ci illərdən bu istiqamət peyda olub və linqoalqoritmik düşüncəsi olan insanlar bu prosesdə iştirak edir. O dövrdən bəzi xalqlar milyardlıq söz korpusu yaratdılar. Bu korpusun yaradılması özü bir elmdir. Azərbaycanda da bu korpus yaradılmalıdr. Bu korpus nəinki lüğətçilər, həm də dilçilər üçün yaradılmaldır və hər kəs üçün istifadəyə açıq olmalıdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri