10 
Yan
2015
10:56
22
153
12167
Virtual karabakh

Lənkəranda İŞİD-ə qoşulan iki uşaq anası barədə – TƏFƏRRÜATLAR

10 Yan, 2015
10:56
12167

Lənkəranda İŞİD-ə qoşulan iki uşaq anası barədə – TƏFƏRRÜATLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun qardaşlarının radikal dindar olduğu bildirilir.

Lənkərandan İŞİD-ə qoşulan gəlin haqqında yeni məlumat yayılıb.

Oxu.Az xəbər verir ki, Axar.az-a yerli mənbələrdən verilən məlumatda bildirilənə görə, bir neçə gün öncə Lənkəranın Şıxəkəran kəndindən olan iki uşaq anasının İŞİD-ə qoşulması və Suriyaya getməsinin səbəbi qardaşlarıdır.

İddiaya görə, həmin ana əslən lənkəranlı deyil, şimal bölgəsindəndir. Amma Lənkərandan olan şəxslə ailə həyatı qurub və Şıxəkəranda yaşayırmış.

Onun qardaşlarının radikal dindar olduğu bildirilir. Məhz vəhhabi qardaşlarının ideoloji təsiri altında olan gəlin 2 övladını da ataraq, onlara qoşulub və Suriyaya gedib.

Hadisəni eşidən həyat yoldaşı Rusiyada, işlədiyi Tümen vilayətindən qayıdıb və ailəsini axtarmağa cəhd göstərsə də, heç nəyə nail olmayıb.

Lənkəran polisi isə hansısa qadının itkin düşməsi ilə bağlı məlumat daxil olmadığını və buna görə də heç bir araşdırma aparılmadığını dedi.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri