14 
Sen
2017
12:49
206
93
26803
Virtual karabakh

AzTV-nin məşhur aparıcısına vəzifə verildi

14 Sen, 2017
12:49
26803

AzTV-nin məşhur aparıcısına vəzifə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində növbəti kadr dəyişiklikləri olub.

Oxu.Az bakupost.az-a istinadən xəbər verir ki, sədr Arif Alışanov qurumun nəzdində fəaliyyət göstərən Mədəniyyət televiziyasının “Xəbərlər” departamentinin baş redaktoru Lalə Məmmədovanı və onun müavini Aygün Budaqovanı vəzifələrindən azad edib. “Xəbərlər”in baş redaktoru vəzifəsinə isə AzTV-nin “Xəbərlər” proqramının aparıcısı, tanınmış jurnalist Dilarə Səlim təyin edilib.

Əldə etdiyimiz məlumata görə, kadr dəyişiklikləri səlahiyyətləri yenicə əlindən alınan sədr müavini Elsevər Dünyamalıyevə görə aparılıb. Belə ki, prezident sərəncamı ilə AzTV-də sədr müavini təyin olunan E. Dünyamalıyev “Xəbərlər”ə nəzarəti ələ aldıqdan sonra rəhbər vəzifələrə öz adamlarını qoyub. O, 2015-ci ildə iş başına keçən kimi “Mədəniyyət” xəbərlərinin baş redaktoru Cəmilə Əzimovanı bu vəzifədən çıxarıb və yerinə Lalə Məmmədovanı təyin edib.

Bir müddət əvvəl isə Arif Alışanovun yerinə göz dikdiyi deyilən müavin “Xəbərlər”ə nəzarəti itirdiyi üçün, onun verdiyi təyinatlar da sədr tərəfindən bir-bir ləğv edilməyə başlanıb.

Xatırladaq ki, Elsevər Dünyamalıyevlə Arif Alışanov arasındakı gərginliklə bağlı geniş yazı dərc edilmişdi. Yazıda bildirilirdi ki, Arif Alışanovun böyük etimad göstərərək, yüksək səlahiyyətlər verdiyi E. Dünyamalıyev onun yerinə keçmək üçün əlaltından işlər görürmüş. Bundan xəbər tutan sədr isə onu “zərərsizləşdirmək” üçün qeyri-rəsmi şəkildə verdiyi səlahiyyətlərini geri alıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri