29 
Yan
2015
14:35
61
19
1581
Virtual karabakh

Sabah duman olacağı gözlənilir

29 Yan, 2015
14:35
1581

Sabah duman olacağı gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
 
Atmosfer 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 1-dək Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri