29 
Yan
2015
15:04
10
58
3198
Virtual karabakh

Zəfər Quliyev vəfat etdi

29 Yan, 2015
15:04
3198

Zəfər Quliyev vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tiflisdə həkimlər onun ürəyində açıq əməliyyat keçirməyin vacib olduğunu bildirmişdilər”.

Tanınmış politoloq Zəfər Quliyev bu gün səhər saatlarında ürək tutmasından Tiflisdə vəfat edib.

Bu barədə Z.Quliyevin çalışdığı Minval.az saytının təsisçisi Rauf Arifoğlu məlumat verib.

Baş redaktorun sözlərinə görə, ürək damarlarında tıxanıqlıq olması səbəbindən rahatsız olan Zəfər Quliyev Tiflisə yola salınmışdı:

“Orada onun ürəyinə stend yerləşdirilməliydi. Ancaq Tiflisdə həkimlər onun ürəyində açıq əməliyyat keçirməyin vacib olduğunu bildirib, tövsiyə ediblər ki, dərhal əməliyyat olunsun. Onu “anju” edən həkimlər deyiblər ki, gecikdirmək olmaz. Onlar mənimlə də danışdılar və hətta əməliyyatın da riskli olduğunu, lakin başqa çarənin qalmadığını dedilər. Zəfər Quliyev tərəddüd edirdi. Ən sonda əməliyyata Bakıya dönmədən girməyə razılıq verdi”.  

R.Arifoğlu bildirib ki, Z.Quliyev səhhəti ilə əlaqədar əməliyyat olunmaq üçün Gürcüstana yola salınmışdı:

“Tiflisdə həkimlər ona əməliyyatın riskli olduğunu bildirərək Bakıya dönməyi tövsiyə ediblər. Mən dünən özü ilə əlaqə saxladım və bu əməliyyata girməsini tövsiyə etdim. Bu barədə özü qərar verməli idi. Ancaq o, bu gün səhər ürək damarlarının tıxanması səbəbindən dünyasını dəyişib...”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri