29 
Yan
2015
16:30
118
9
2895
Virtual karabakh

TQDK: Azərbaycanda yaxşı oxuyanlar arasında oğlanlar daha çoxdur

29 Yan, 2015
16:30
2895

TQDK: Azərbaycanda yaxşı oxuyanlar arasında oğlanlar daha çoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elə ixtisaslar var ki, orada yalnız bilik yox, fiziki güc də lazımdır”.

Azərbaycanda 20 ildir ki, qəbulun nəticələri təhlil edilir. Bunun nəticəsində biz təkcə oğlan və qızların necə oxumasını deyil, hansı regionlarda qızların, oğlanların necə oxuduqlarını, hansı ixtisaslara daha çox üstünlük verdiklərini öyrənirik. Hazırda Azərbaycanda ən yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur. Amma ən pis nəticə göstərənlərin - 100 baldan aşağı toplayanların arasında da əsasən oğlanlardır.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.

TQDK sədrinin dediyinə görə, ölkədə orta nəticə göstərənlərin arasında qızlar çoxluq təşkil edir:

“Orta statistik nəticələri oğlanlarla müqayisədə qızlar daha yaxşı göstərirlər. Amma ən yaxşı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edir. Oğlanlar ya oxuyur, ya da oxumur. Oxuyan oğlanlar da imtahanda yaxşı nəticə əldə edirlər”.

Komissiya sədri onu da qeyd edib ki, bəzi ali məktəblərə qəbul olanlar arasında qızlar çoxdur:

“Azərbaycan Tibb Universitetinin tələbələrinin çoxu qızlardır. Amma tibb sahəsində müəyyən ixtisaslarda oğlanlar olmalıdır. Rezidenturada isə qızlar daha çox təhsil alsalar da, heç biri meyitlərlə işləmək istəmir. Müəyyən ixtisaslar var ki, məsələn, travmatoloq-cərrah ixtisası üçün yalnız bilik yox, fiziki güc də lazımdır.

Bizdə oğlanların IV qrup üzrə təhsil alması azalıb. Oğlanlar bu qrupa o zaman sənəd verirlər ki, onlar 500 baldan yuxarı nəticə göstərirlər. Oğlan orta nəticə, yəni 200-300 bal toplayırsa, başa düşür ki, Azərbaycan Tibb Universitetinə qəbul olmayacaq. Ona görə də bu qrupdan imtina edərək I qrupa sənəd verir, haradakı həmin balla dövlət sifarişli yerlərə qəbul ola bilərlər. Ancaq qızlar 200-300 bal toplamaqlarına baxmayaraq, bu ixtisasa qəbul olmayacaqlarını bilsələr də, yenə Tibb Universitetinin ixtisaslarını seçirlər.

Fikirləşirlər ki, ATU-ya qəbul olmasalar da, tibb kollecinə qəbul olacaqlar. Rezidenturaya qəbulda isə qızlar oğlanlara uduzur. Çünki rezidenturaya qəbul qızların elə bir yaş dövrünə düşür ki, onlar ya ana olur, ya da ana olmağa hazırlaşırlar. Onlar üçün rezidentura imtahanında iştirak etmək daha çətin olur, imtahanda yaxşı nəticə göstərə bilmirlər. Bu baxımdan oğlanlar qızları üstələyirlər”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri