17 
Fev
2015
15:29
54
223
18225
Virtual karabakh

Qamət Süleymanov da imamı dəstəklədi: Yer fırlanmır – VİDEO

17 Fev, 2015
15:29
18225

Qamət Süleymanov da imamı dəstəklədi: Yer fırlanmır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Amerika özü sənin yanına gələcək”.

Son günlər mediada və sosial şəbəkələrdə Səudiyyə imamının fikri geniş müzakirə olunur. İmam Şeyx Bendər Əl Hayberi yerin fırlanmadığını deyib. 

Oxu.Az xəbər verir ki, sələfilərin lideri Hacı Qamət Süleymanov Qafqazinfo-ya açıqlamasında bu fikrə münasibət bildirib. 

Q.Süleymanov da Səudiyyə imamının fikrini təsdiqləyib: 

“Yer kürəsinin fırlanması haqda İslam alimləri deyib ki, fırlanmır. Onlar da Qurandakı bir neçə ayəyə istinad edib. Məsələn, “Yer üzü sabitdir”, “Göydə nə varsa, hamısı üzür” ayələrini misal çəkmək olar. Amma Yer üzünün fırlanması haqda heç nə deyilməyib. Alimlər burdan nəticə çıxarıblar ki, Yer üzü sabitdir və fırlanmır. 

Məsələn, Bakıdan təyyarəyə minib Amerikaya gedirsən. Təyyarə havada dayananda, Amerika özü sənin yanına gələcək. Amma Amerika sənin yanına gəlmir. Məcbur olursan ki, Amerikaya 7-8 saat uçasan. Əgər bu fırlanırsa, çıxaq yuxarıda dayanaq, hansı ölkəni istəyiriksə, bir neçə saata özü gələcək. Alimlərin gəldiyi nəticə budur”.

Q.Süleymanov Yerin fırlanıb-fırlanmadığı haqda özünün dəqiq bir fikri olmadığını deyib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri