26 
Fev
2015
15:45
402
45
40630
Virtual karabakh

Ekspert: Azərbaycanda qız övladı doğulanlara 10 min manat veriləcək

26 Fev, 2015
15:45
40630

Ekspert: Azərbaycanda qız övladı doğulanlara 10 min manat veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu, büdcə üçün elə də böyük məbləğ deyil”.

Azərbaycanda qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bəyan edib.

Onun sözlərinə görə, ailədə ikinci qız dünyaya gəldikdə onun adına bankda 10 min manatlıq hesab açılacaq.

“Mükafatlandırma sistemi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramına daxil edilib. Dövlət Proqramının layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək, müvafiq olaraq yaxın aylarda qüvvəyə minəcək”, - V.Bayramov əminlik ifadə edib, amma dəqiq tarixi açıqlamayıb.

Onun fikrincə, iqtisadi böhran mükafatlandırma sisteminin təsdiqlənməsində təzahür etməyəcək.

“Bu, Azərbaycan büdcəsi üçün elə də böyük məbləğ deyil”, - iqtisadçı hesab edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri