27 
Fev
2015
18:47
15
55
2421
Virtual karabakh

TQDK-dan rus bölməsi abituriyentlərinə müraciət

27 Fev, 2015
18:47
2421

TQDK-dan rus bölməsi abituriyentlərinə müraciət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qeydiyyatdan keçməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentlərinə müraciət edib.

Oxu.Az-ın TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər “Azərbaycan dili” fənnindən test imtahanında iştirak etmək üçün martın 1-dən 31-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar (Dövlət rüsumu 2 AZN-dir). Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifr əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac olmayacaq.

Qeyd edək ki, Ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “Azərbaycan dili” fənnindən test imtahanı verməlidirlər. Bu il rus bölməsinin abituriyentləri üçün 1-ci Azərbaycan dili imtahanı aprelin 26-da, 2-ci Azərbaycan dili imtahanı isə iyulun 7-də keçiriləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri