29 
Okt
2013
17:10
12
32
17774
Virtual karabakh

Ağdaşdakı ölümlə bağlı nazirlikdən rəsmi - Açıqlama + Yenilənib + Video

29 Okt, 2013
17:10
17774

Ağdaşdakı ölümlə bağlı nazirlikdən rəsmi - Açıqlama + Yenilənib + Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

36 yaşlı Könül 14 ildir ki, övlad həsrəti ilə yaşayırmış...

Səhiyyə Nazirliyi Ağdaş Mərkəzi Rayon Xəstəxanasında (MRX) yeni doğulan uşağın dünyasını dəyişiməsilə bağlı açıqlama verib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, ölən uşaq dünyaya bətndaxili boğulma xəstəliyi ilə dünyaya gəlib. Göyçay sakini olan ananı Mingəçevirə Perinital Mərkəzə gətiriblər və doğuş orada baş tutub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, məsələ ilə əlaqədar bütün müvafiq strukturların rəyi öyrəniləcək. Uşağın ölümünün səbəbi Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır.

Qeyd edək ki, doğulandan 3 saat sonra ölən uşaq oğlan olub və bu, ananın ailə qurandan 14 il sonra dünyaya gətirdiyi ilk övladı idi.

12:10

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında (MRX) yeni doğulan uşaq dünyasını dəyişib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Göyçay rayon sakini Qədirova Könül Ağabala qızı övladını dünyaya gətirmək üçün Ağdaş Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.

Həkimlər ana bətnindəki uşağın qeysəriyyə yolu ilə dünyaya gətirilməsini məsləhət görüblər. Cərrahiyyə şöbəsində əməliyyat olunan Könül Qədirovanın vəziyyəti yaxşı olsa da, yeni dünyaya göz açan körpənin vəziyyəti qəflətən pisləşib və həkimlər onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmağı məsləhət görüblər.

Yeni doğulan uşaq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, orada isə uşağın Gəncəyə aparılması məsləhət görülüb. Uşaq Gəncəyə aparılarkən yolda dünyasını dəyişib.

Uşağın valideynləri bildirib ki, Göyçay MRX-da təmir-bərpa işləri görüldüyündən, ana doğuş üçün yeni tikilmiş və hər cür şəraiti, müasir avadanlıqları olan Ağdaş MRX-ya aparılıb. Orada isə uşağın çəkisinin çox olduğunu və onun çətin doğulacağını əsas gətirərək qeysəriyyə üsulu ilə götürülməsi məsləhət görülüb. Uşaq əməliyyatdan 3 saat sonra dünyasını dəyişib.

Qeyd edək ki, yeni doğulan uşaq oğlan olub və bu, ananın ailə qurandan 14 il sonra dünyaya gətirdiyi ilk övladı idi. Faktla bağlı araşdırma aparılır.



www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri