18 
Mar
2015
16:13
145
70
33183
Virtual karabakh

Eldar Mahmudovun qızı təqdimat keçirdi - FOTO

18 Mar, 2015
16:13
33183

Eldar Mahmudovun qızı təqdimat keçirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərasimdə dövlət və ictimaiyyət xadimləri iştirak ediblər.

Martın 13-də İçəri Şəhərdə yerləşən “Muğam-klub”da gənc yazar Xuraman Mahmudovanın “Sehrli Səyahət” kitabının təqdimat mərasimi keçirilib.

Oxu.Az buro247.az-a istinadən xəbər verir ki, mərasimdə dövlət və ictimaiyyət xadimləri, diplomatik korpusun nümayəndələri, müəllifin ailə üzvləri, qohumları və dostları iştirak ediblər.

Xuraman Mahmudovanın uşaq ədəbiyyatında yeni söz olan “Sehrli Səyahət” kitabı planlaşdırılan böyük layihənin bir hissəsidir. Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş uşaqların istifadəsinə veriləcək böyük kitabxananın yaranmasının başlanğıcıdır. Bu kitabxanada məşhur əsərlərlə yanaşı, müasir Azərbaycan uşaq ədəbiyyatının nümunələri də olacaq.

Məhz bu səbəbdən, kitabla ilk tanışlıq Qarabağ münaqişəsində ailələri zərər çəkmiş uşaqlar üçün rəsmi təqdimatdan əvvəl təşkil olunub. Kitabın həsr olunduğu nağılın səhnələşdirilmiş kiçik parçasının bir növ iştirakçılarına çevrilmiş uşaqların sevinclərinin həddi-hüdudu yox idi. Burada onlara kitablar paylandı və qiymətli hədiyyələr verildi.

Kitabın rəsmi təqdimat mərasimindəki çıxışında “Sehrli Səyahət”in müəllifi Xuraman Mahmudova əsərin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirdi, bu nağılın əhəmiyyətini vurğuladı. Müəllif bu kitabın milli adət-ənənə və mədəniyyətin gələcək nəsl tərəfindən qorunub saxlamasına xidmət edəcəyinə və hər zaman aktual olacağına ümidini bildirdi.

Qeyd edək ki, Xuraman Mahmudova Milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri