30 
Mar
2015
12:10
34
133
25179
Virtual karabakh

Bakıda sürücülər belə qəza şəraiti yaradır – VİDEO

30 Mar, 2015
12:10
25179

Bakıda sürücülər belə qəza şəraiti yaradır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəryolservis” sürücülərə xəbərdarlıq etdi.

Görülən tədbirlərə baxmayaraq, paytaxtın Babək prospektindən Koroğlu Rəhimov keçəsi və Xətai prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri həmin ərazidə quraşdırılmış yol göstəriciləri, yol nişanlarının və üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq qəza şəraiti yaradırlar. 

Bunu Oxu.Az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, həmin istiqamət üzrə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov küçəsində yeni yaradılan sahədə dönmə əməliyyatı edərək hərəkətlərini davam etdirmək əvəzinə Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində təhlükəli qəza şəraiti yaradırlar”.

Pünhan Mürsəliyev əlavə edib ki, Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yol ilə hərəkət edən nəqliyyat vasitələrinə köməkçi yola keçmək üçün şərait yaradılıb: 

“Köməkçi yol ilə hərəkət edən nəqliyyat vasitələri yolun hərəkət hissəsinin nişanlanması tələblərini pozaraq əsas yola keçirlər və beləliklə qəza şəraiti yaranır”.
 
P.Mürsəliyev bildirib ki, bütün bu halların aradan qaldırılması üçün həmin ərazidə nəzarətin gücləndirilməsinə böyük ehtiyac var:

“Əgər vaxtında bunun qarşısı alınmazsa, yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmazdır”.

Qeyd edək ki, Heydər Əliyev prospektində ayrıcı zolaq təxminən 60 metr məsafədə götürülərək yeni bir hissə salınıb. Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib ki, bu da prospektin əsas yolu ilə hərəkət edən nəqliyyat vasitələrinə yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət etməsinə şərait yaradır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri