30 
Mar
2015
18:42
85
320
27206
Virtual karabakh

Moskvada ən gözəl azərbaycanlı qızı seçdilər – FOTO

30 Mar, 2015
18:42
27206

Moskvada ən gözəl azərbaycanlı qızı seçdilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qalib Fatimə Talıbova oldu.

Martın 29-da Moskvanın məşhur restoranlarından biri olan “Şakti Terasda” Rusiyanın Azərbaycan gənclər birliyinin “Miss AMOR-2015” gözəllik müsabiqəsinin final mərhələsi baş tutub.

Oxu.Az təşkilatın saytına istinadən xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib.

AMOR-un İnstagram səhifəsində aparılan müsabiqənin qaydalarına görə, finala ən çox “like” toplayan beş namizəd keçib.

Finalçılar Nərminə Qurbanova, İraida Novruzova, Fatimə Talıbova, Leyla Tahirzadə, Kəmalə Mövsümzadə olub, onlar “Miss AMOR” titulu uğrunda mübarizə aparıblar.

Nərminə Qurbanova

İraida Novruzova

Fatimə Talıbova

Leyla Tahirzadə

Kəmalə Mövsümzadə

Müsabiqənin əvvəlində iştirakçıların təqdim etdiyi dəfilə göstərilib, bu dəfilə çərçivəsində hər bir iştirakçı özü haqqında məlumat verib.

İkinci mərhələ şou xarakterli olub, qızlar öz bacarıqlarını nümayiş etdiriblər: kimisi oxuyub, kimisi rəqs edib, kimisi şeir söyləyib.

Finalda iştirakçılar münsiflər heyətinin maraqlı suallarına cavab veriblər.  

“Miss AMOR” müsabiqəsinin qalibini müğənni Katya Lel təqdim edib. Tacın xoşbəxt sahibəsi Fatimə Talıbova olub, o, münsiflər heyətini öz səmimiyyəti və mehribanlığı ilə heyran edib.

Fatimə Talıbova

Fatiməyə diplom, hədiyyələr, eləcə də gecənin bütün qonaqları ilə bölüşdüyü nəhəng tort təqdim ediblər.




www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri