30 
Mar
2015
18:34
109
33
5852
Virtual karabakh

Müəllimlər mart ayından etibarən maaşlarını artımla alacaqlar

30 Mar, 2015
18:34
5852

Müəllimlər mart ayından etibarən maaşlarını artımla alacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Mart ayından etibarən Bakı şəhərinin məktəblərində çalışan müəllimlər əmək haqlarını artımla əldə edəcəklər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna verilən cavabda bildirilib ki, müəllimlər mart ayının maaşını artımla birlikdə alacaqlar. 

Müəllimlər eyni zamanda yanvar və fevral ayları üçün artımla əlaqədar yaranan fərqi də mart ayının maaşı ilə birlikdə alacaqlar.
 
Qeyd olunub ki, ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib. Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb. Sənədlər paketi Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Artıq həmin sənədlər Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri