30 
Mar
2015
19:54
77
25
2824
Virtual karabakh

Təhsil Nazirliyi Bakıda orta məktəbə mediatur təşkil edib - FOTO

30 Mar, 2015
19:54
2824

Təhsil Nazirliyi Bakıda orta məktəbə mediatur təşkil edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbirə 20-dək KİV nümayəndəsi qatılıb.

Martın 30-da Təhsil Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bakıdakı 194 nömrəli tam orta məktəbə mediatur təşkil edib.

Oxu.Az xəbər verir ki, 20-dək KİV nümayəndəsinin iştirak etdiyi tədbirə qeyri-hökumət təşkilatlarının rəhbərləri və hərbi ekspertlər qatılıb.

Nazirliyin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə müsahibəsində bildirib ki, mediaturun təşkilinin əsas məqsədi KİV-lərin təmsilçilərinin ümumtəhsil məktəblərdə şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan imkanlarla tanışlığına şərait yaratmaq, kompyuter texnologiyalarına əsaslanan təlim silahlarını nümayiş etdirmək, məktəblilərin vətənpərvərlik ruhunda təlim-tərbiyə metodlarının təbliğinə dəstək verməkdir.

Qeyd edilib ki, ümumtəhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə kabinetin (hərbi kabinetin) müasir avadanlıqla təminatı üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Təcrübi Zavodu arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, 50 pilot məktəbin hərbi kabinetləri müasir standartlara cavab verən, təlim üçün nəzərdə tutulmuş hərbi avadanlıq, ləvazimat və xüsusi proqram təminatı ilə təchiz edilib.

Mediatur çərçivəsində jurnalistlər məktəbdə yeni təlim avadanlığı ilə təmin olunmuş hərbi kabinetə baxıb, gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsində iştirak ediblər. Onlar şagirdlərin silahları söküb yığması, tank əleyhinə minaları zərərsizləşdirməsi, əleyhqazlardan istifadə bacarıqlarını və stimulyativ silahlardan hədəfin nişan alınması prosesini izləyiblər.

Mediaturda iştirak edən hərbi tədqiqatçı, yazıçı-jurnalist Şəmistan Nəzirli, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli şagirdlərin hərbi hazırlığı üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Qeyd olunub ki, müasir texnologiyalara əsaslanan təlim metodları gələcək əsgərlərin hazırlıq səviyyəsini artırmaqla yanaşı, onların vətənpərvərlik ruhunda böyüməsinə də müsbət təsir göstərir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri