30 
Mar
2015
23:18
261
35
19361
Virtual karabakh

78 yaşlı azərbaycanlı nənədən avtoşou - VİDEO

30 Mar, 2015
23:18
19361

78 yaşlı azərbaycanlı nənədən avtoşou - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu maşın mənim dostumdu”.

78 yaşlı sürücü Gülzadə Osmanova düz 21 ildir ki, bu sevimli avtomobilini hər səhər işə salır, 5 dəqiqə də olsa kəndin içərisində dövrə vurub geri qayıdır.

Oxu.Az Atv.az-a istinadən xəbər verir ki, uşaqlıqdan maşına həvəsi olan Qusar sakini Gülzadə nənənin avtomobilini alma tarixçəsi də maraqlıdır.

Beləcə avtomobili alan 78 yaşlı qəhrəmanımız yalnız 3 gün Hövsanda dəniz sahilində qohumlarının köməkliyi ilə vura-vura da olsa sürməyi öyrənir.

58 yaşından meylini bu avtomobilə salan Gülzadə nənə avtomobilin içərisini də özünəməxsus zövqlə bəzəyib. 

Tez-tez getdiyi uzaq məsafəli yol isə Sumqayıtadı. Deyir səhər tezdən yol boş olanda çıxıram evdən. Yol polisləri də onu tanıyır. 5 övladı, nəvə nəticəsi olan  Gülzadə nənə ki, deyir heç kəs inciməsin bu maşın mənim dostumdu. Onu heç ən son model avtomobilə belə dəyişmərəm.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri