13 
Apr
2015
10:14
6
116
6247
Virtual karabakh

Təcili yardım maşını qəzaya düşdü: 9 yaralı – FOTO + YENİLƏNİB

13 Apr, 2015
10:14
6247

Təcili yardım maşını qəzaya düşdü: 9 yaralı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ambulance” digər qəza yerindən yaralı aparırmış.

Azərbaycanın Lənkəran rayonunda iki nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən iki yol-nəqliyyat qəzası baş verib. 

Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, birinci hadisə ötən gecə saat 22.30 radələrində Ələt-Astara magistralının 205-ci kilometrliyində - Aşağı Nüvədi qəsəbəsi ərazisində qeydə alınıb. 

Lənkəran rayonunun Kərgəlan kənd sakini, 36 yaşlı Xəzail Feyruz oğlu Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı, 42 BK 708 dövlət nömrə nişanlı minik avtomobili rayonun Sütəmurdov kənd sakini, 47 yaşlı Rövşən Gülağa oğlu Gənciyevin idarə etdiyi “Mercedes” markalı, 99 TK 046 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin “VAZ-2106”-nın sərnişini, 69 yaşlı Xalidə Barat qızı İbadova aldığı xəsarətdən hadisə yerində ölüb. 

Digər sərnişinlər - 17 yaşlı Nurlan Xəzail oğlu Hüseynov, 17 yaşlı Nuranə Adil qızı Hüseynova, 18 yaşlı Rəşad Şahab oğlu İbadov, 10 yaşlı Nuray Xəzail qızı Hüseynova və 7 yaşlı Nazim Xəzail oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınına qoyularaq, xəstəxanaya yola salınıblar.
 
Təcili tibbi yardım maşını hadisə yerindən ayrıldıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Yaralıları daşıyan Lənkəran şəhər sakini, 52 yaşlı  Şamil Abdulkərim oğlu Qasımovun idarə etdiyi “Mercedes Vito” markalı, 90 JX 677 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını Ələt-Astara yolunun 203-cü kilometrliyində Lənkəranın Siyavar kənd sakini, 26 yaşlı Rəhman Əliverdi oğlu Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı, 10 CU 472 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. 

Nəticədə “VAZ-2107”-nin sürücüsünün azyaşlı qızı, 9 aylıq  Zəhra Sadıqova aldığı xəsarətlərdən hadisə yerində ölüb. “VAZ-2107”-nin sürücüsü də daxil olmaqla daha 3 sərnişini – 29 yaşlı  Günel Eldar qızı Rəhmanova, Elçin Camal oğlu Rəhmanov və 7 yaşlı Elvin Elçin oğlu Rəhmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya və reanimasiya şöbələrinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 

10.14

Lənkəranda Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobil qəzaya uğrayıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə hava limanı yolunda “Ambulance”nin “VAZ-21 07” markalı avtomobil ilə toqquşması nəticəsində baş verib.

Hadisə baş verən zaman “Ambulance” digər qəza yerindən yaralı aparırmış. Qəza nəticəsində daha dörd nəfər – “07”də olan 1 qadın və 2 uşaq sərnişin, həmçinin “təcili yardım” maşınında olan bir nəfər xəsarət alıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri