25 
Apr
2015
22:25
516
42
30818
Virtual karabakh

Azərbaycanlı Türkiyə bayrağını ermənilərdən qorudu – VİDEO

25 Apr, 2015
22:25
30818

Azərbaycanlı Türkiyə bayrağını ermənilərdən qorudu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaşinqtonda.

Aprelin 24-də ABŞ-da erməni lobbisi Vaşinqton şəhərində, Türkiyə səfirliyinin qarşısında aksiya keçirib.

Oxu.Az xəbər verir ki, səfirlik önündə toplaşan türklər Türkiyə bayraqlarını dalğalandırıblar. Küçənin əks tərəfində topşalan ermənilər isə türk bayrağını cırmağa cəhd göstəriblər və bu zaman gərginlik yaşanıb.

Öz avtomobili ilə erməni qrupun önündən keçən bir Azərbaycan vətəndaşı türk bayrağını başı üzərində qaldırıb. Ermənilər avtomobilin qarşısını kəsərək, avtomobildəki bayrağı ondan almağa cəhd göstəriblər. 

Avtomobildən düşərək, Türkiyə bayrağı ilə ermənilərin qarşısına keçən azərbaycanlı onları çox qıcıqlandırıb və iş əlbəyaxa davaya çatıb.

Polis əməkdaşları Azərbaycan vətəndaşını saxlayıblar.

Hadisə yerindən çəkilmiş videogörüntüləri təqdim edir

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri