25 
Apr
2015
23:07
52
187
13333
Virtual karabakh

Polad Bülbüloğluya ağır itki üz verdi

25 Apr, 2015
23:07
13333

Polad Bülbüloğluya ağır itki üz verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adelaida Məmmədova dünyasını dəyişdi.

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Adelaida İrza qızı Məmmədova 2015-ci il aprel ayının 25-də ömrünün 93-cü ilində vəfat edib.

Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tbilisi şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır.

1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilib.

Allah rəhmət eləsin!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri