May
2015
13:58
78
23
1958
Virtual karabakh

Nəqliyyat Nazirliyindən sürücülər üçün maarifləndirici – VİDEOÇARX

5 May, 2015
13:58
1958

Nəqliyyat Nazirliyindən sürücülər üçün maarifləndirici – VİDEOÇARX

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bu ilin ilk dörd ayı ərzində 92 nəfər ölüb.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) birgə maarifləndirici sosial videoçarx hazırlayıb.

Oxu.Az xəbər verir ki, sosial videoçarxda sürücüləri daha məsuliyyətli olmağa və başqalarının həyatını təhlükəyə atmamağa çağırış edilib.

Sosial çarxda avtomobili idarə edən şəxs yolboyu qaydaları kobudcasına pozur: Sürücü manevr qaydalarına məhəl qoymur, işıqforun qadağanedici göstərişində yol kəsişməsindən keçir və sürət həddini aşır.

Sürət həddini aşan sürücü piyadanı vaxtında görsə də idarə etdiyi avtomobili saxlaya bilmir və faciəyə səbəb olur. 

Hazırlanmış maarifləndirici sosial videoçarxla bağlı Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı Oxu.Az-a bildirib ki, maarifləndirici sosial videoçarxın əsas məqsədi, Bakı 2015 Avropa Oyunları ərəfəsində sürücüləri daha diqqətli, məsuliyyətli və başqalarının həyatını təhlükəyə atmamaq barədə çağırışın edilməsidir. 

Əlavə edək ki, Bakıda 2015-ci ilin ilk dörd ayında 286 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar zamanı 92 nəfər ölüb, 327 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Nəqliyyat Nazirliyi Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsi ilə (BEGOC) birgə yeni sosial şəkillər hazırlamışdılar.

Fotolar vasitəsi ilə piyadalar və sürücülər daha məsuliyyətli olmağa çağırılıb. Sosial fotolarda məsuliyyətli sürücülərin avtomobili yolun piyadalar üçün nəzərdə tutulan hissəsində necə saxlamalı və avtomobili necə park etməli olduqları göstərilir. Əlavə olaraq piyadanın yolun hansı hissəsindən necə keçə biləcəyi göstərilir.

Sosial şəkillər dayanacaqlarda quraşdırılan monitorlarda, Bakı Şəhər İcra Hakimiyyətinə və Dənizkənarı Bulvar İdrəsinə məxsus monitorlarda, eyni zamanda Bakıya yeni gətirilmiş avtobusların üzərində əks olunub. Əlavə olaraq qeyd edək ki, sosial fotolar NİİM-in Facebook sahifəsində nümayiş etdirilir.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri