May
2015
18:09
28
176
15169
Virtual karabakh

Azərbaycanda bu yollar bağlanır – SİYAHI

5 May, 2015
18:09
15169

Azərbaycanda bu yollar bağlanır – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alternativ yollardan istifadə olunması xahiş edilir.

Sabahdan “TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycanın Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun 1-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sabah saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Bibiheybət - Salyan şosesi (M2) - Sahil qəsəbəsi - Dairəvi yol Qızıldaş - Müşfiq postu - Bakı-Şamaxı yolu (M4) - Sulutəpə - Ekologiya postu - Bakı-Quba şosesi (M1) - Masazır - Novxanı (Akvapark) - Corat qəsəbəsi (dənizqırağı yol) - Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. 

Bakı şəhərində:
Bayraq meydanından Bibiheybət məscidinədək (Salyan şosesi, əks istiqamətdə)
saat 10:00-dan 10:40-dək,
 
Bakı-Ələt yolunda:
Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində)
saat  10:30-dan 11:10-dək,
 
Sahil-Zeynalabdin Tağıyev qəsəbələrini birləşdirən yolda:
Sahil-Zeynalabdin Tağıyev yolu (hər iki istiqamətdə)
saat 11:00-dan 12:00-dək,
 
Bakı-Şamaxı yolunda:
Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində)
saat 11:50-dən 12:15-dək,
 
Bakı-Sumqayıt yolunda:
Bakı-Sumqayıt yolu, Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində)
saat 12:10-dan 12:25-dək,
 
Masazır-Novxanı-Sumqayıt yolunda:
Masazır-Novxanı yolu (hər iki istiqamətdə)
saat 12:15-dən 12:30-dək,

Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə)
saat 12:20-dən 12:45-dək,

Sumqayıt şəhərində:
Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh prospektləri, habelə Üzeyir Hacıbəyov küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazi
saat 12:30-dan 14:30-dək.

Göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri