11 
May
2015
11:42
24
83
2690
Virtual karabakh

Patruşev Bakıdadır

11 May, 2015
11:42
2690

Patruşev Bakıdadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O Ramiz Mehdiyevlə danışıqlar aparacaq.

Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşev Azərbaycana gəlib.

Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya Federasiyası Təhlükəsizlik şurasının mətbuat xidmətindən bildirilib. 

Təhlükəsizlik şurasından verilən məlumata görə, N. Patruşev Bakıda Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə və milli təhlükəsizlik naziri Eldar Mahmudovla danışıqlar aparacaq.

Görüşlər zamanı regional və beynəlxalq təhlükəsizlik mövzularına toxunulacaq və bir sıra məsələlər geniş müzakirə olunacaq. 

Bununla yanaşı, Rusiya Təhlükəsizlik şurasının katibinin Bakıda yaşayan Böyük Vətən Müharibəsinin veteranlarıyla görüşü də planlaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri