11 
Sen
2017
16:32
21
313
14304
Virtual karabakh

Bakıda evakuator sürücüsünün özbaşınalığı ölümə səbəb oldu – VİDEO

11 Sen, 2017
16:32
14304

Bakıda evakuator sürücüsünün özbaşınalığı ölümə səbəb oldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəzanın videosu yayılıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə evakuatorun sürücüsünün əks yola çıxması səbəbindən baş verib.

Belə ki, “90-NF-513” dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən “188” evakuator xidmətinə məxsus, “90-JZ-887” dövlət qeydiyyat nişanlı, “MAN” markalı yük maşını yol nişanının tələbini pozub, qəfil dönmə əməliyyatını yerinə yetirərək, “Mercedes”in yoluna çıxıb. Nəticədə “Mercedes” evakuatorun arxa hissəsinə çırpılıb.

Qəza zamanı “Mercedes”də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. 4 nəfər isə ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda onlar koma vəziyyətində xəstəxanın reanimasiya şöbəsindədir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri