15 
May
2015
13:26
94
72
31467
Virtual karabakh

Həbs olunduğu deyilən Hacı İbrahim Nehrəmli danışdı

15 May, 2015
13:26
31467

Həbs olunduğu deyilən Hacı İbrahim Nehrəmli danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Banka ödənişdə gecikmə oldu”.

Mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, açıqlamasında iş adamı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) deyib.

O, müəyyən problemlər olduğunu da etiraf edib

"Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland” layihəsini həyata  keçirirəm.

Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".

İ.İbrahimov bildirib ki, onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri