18 
May
2015
12:40
46
25
9257
Virtual karabakh

“Bakı-2015”in Marşrut Şəbəkəsi - XƏRİTƏ

18 May, 2015
12:40
9257

“Bakı-2015”in Marşrut Şəbəkəsi - XƏRİTƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi əhaliyə müraciət edib.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Bakı-2015” I Avropa Oyunlarının Əsas Marşrut Şəbəkəsi və Hərəkət Zolaqları ilə bağlı məlumat yayıb.

NİİM-dən Oxu.Az-a daxil olan məlumata görə, birinci Avropa Oyunları zamanı şəhər sakinlərinin və qonaqların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin olunması məqsədi ilə yollarda xüsusi qaydalar tətbiq olunacaq. 

Bu qaydalara Oyunların Əsas Marşrut Şəbəkəsi və Oyunların hərəkət zolaqları daxildir.

• Oyunların Əsas Marşrut Şəbəkəsinə yarış və əsas qeyri-yarış obyektlərini əlaqələndirən avtomobil yolları daxildir. Şəbəkə boyu Oyunlar zamanı istifadə ediləcək, müvafiq yol nişanları ilə təchiz olunmuş xüsusi hərəkət zolaqları yaradılıb. 

• Xüsusi hərəkət zolaqlarında yol örtüyü üzərində Oyunların rəsmi loqosu əks olunub, zolaq boyunca isə müvafiq yol nişanları quraşdırılıb. 

• Oyunların xüsusi hərəkət zolaqlarından may ayının 29-dan iyul ayının 1-dək istifadə edilməsi nəzərdə tutulub.

Məlumatda bildirilir ki, zolaqlar yalnız Avropa Oyunları ilə əlaqəli xüsusi buraxılışları olan, həmçinin qəza-bərpa, təcili tibbi yardım, xilasedici xidmətlərinin və Dövlət Yol Polisinin nəqliyyat vasitələrinin istifadə etməsi üçün nəzərdə tutulub.

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən, habelə fərdi şəxslərə məxsus və digər xidməti nəqliyyat vasitələrinin Oyunların xüsusi hərəkət zolağından istifadə etməsi və bu zolaqlarda dayanma, durma və parklanması qəti qadağandır.

I Avropa Oyunları Əsas Marşrut Şəbəkəsi və Hərəkət Zolaqları fasiləsiz olaraq 24 saat Dövlət Yol Polisi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə kameraları, həm də yollardakı Dövlət Yol Polisinin yol-patrul əməkdaşları vasitəsilə nəzarətdə saxlanılacaq. Qaydaları pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. 

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri