20 
May
2015
11:12
205
26
10010
Virtual karabakh

Bakıda binalardan yanğına həssas üzlüklər sökülür - VİDEO

20 May, 2015
11:12
10010

Bakıda binalardan yanğına həssas üzlüklər sökülür - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 binanın üzlüyü dəyişdiriləcək.

Bakıda hündürmərtəbəli binalardan yanğına həssas olan üzlüklərin sökülməsi prosesinə başlanılıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə yanğına həssas örtüklərin söküntüsü işi aparılır.
 
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Əliyev artıq söküntü işlərinə başlandığını bildirib. Onun sözlərinə görə, prezidentin tapşırığı və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun mayın 19-da verdiyi sərəncam əsasında yanğına həssas üzlüklərin sökülməsinə başlanılıb.
 
İcra başçısının müavini qeyd edib ki, Zığ şosesi boyunca 14 bina və "Qara şəhər"də bir bina olmaqla ümumilikdə Xətai rayonu ərazisində 15 binanın üzlüyü dəyişdiriləcək. Bu binalarda yanğına həssas üzlüklər daş üzlüklərlə əvəzlənəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri